SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanda “Forsaj-9” (The Fast and the Furious) filminin səhnələri çəkiləcək.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, çəkilişlər avqustun 19-dan sentyabrın 20-nə qədər Tbilisi və Rustavi şəhərlərində aparılacaq.

Çəkilişlərlə əlaqədar olaraq hər iki şəhərdə bəzi mərkəzi küçələr bağlanacaq.

“Forsaj-9” filmi “Gürcüstanda çək” dövlət proqramı çərçivəsində lentə alınır. “Hollywood” filminin çəkilişlərini “Enkeny Films” prodüser şirkəti həyata keçirəcək. 
BAKU.WS