SİZİN REKLAM BURADA!
055 213 76 73


"İstərdim ki, hamı rəqs etsin, şənlənsin, heç kim darıxmasın". Bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva səsləndirib.

BAKU.WS
xəbər verir ki, “Jara-2019” Beynəlxalq Musiqi Festivalının fəxri qonağı xanım Əliyeva musiqi bayramının ikinci günündə qırmızı xalının üzərindən keçərkən aparıcının “Gələn il artıq beşinci, yubiley festivalı keçiriləcək, siz “Jara” festivalına nə arzulayardınız?” sualını belə cavablandırıb:

"Mən festival iştirakçılarına daha çox uğurlar, tamaşaçılara daha çox musiqi, daha çox sevgi diləyirəm. Festivalda daha çox adamın iştirakını arzulayıram. Çünki bu festival hamını birləşdirir. Ən xoş arzularımı çatdırıram. Hamıya cansağlığı arzulayıram".

Qırmızı xalı üzərindən Emin Ağalarov, Stas Mixaylov, Qriqori Leps, Tamara Qverdtseteli, Slava, Stiven Siqal, Sergey Jukov, Jasmin, Diana Arbenina, Filipp Kirkorov, Brendon Stoun, Denis Klyaver, İqor Nikolayev, Aygün Kazımova, Lyubov Uspenskaya, Aleksandr Panayotov, Leonid Aqutin, Valeriya, Viktoriya Dayneko, Brilliant Dadaşova, İlqar Xəyal, Nigar Camal, “Lyube”, “Cosmos Girls”, “Novıe samotsvetı”, “Fabrika”, “Ruki Vverx”, “Otpetıe moşenniki”, “Artik & Asti” qrupları keçiblər.

Qeyd edək ki, "Jara" 25-28 iyul tarixlərində keçirilir. Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
BAKU.WS
QALEREYA