VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 25-də Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2019” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərindən keçidi olub.

BAKU.WS
AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Jara-2019”un fəxri qonaqları arasında olub.

Aparıcının “Musiqi dünyanı daha gözəl edir. Necə fikirləşirsiniz, bu il daha yaxşı olacaq?” sualına cavabında Leyla Əliyeva deyib:

-Fikrimcə, ildən-ilə daha yaxşı olur. Dünya yaxşılaşır. İnşallah, hər şey həddən artıq yaxşı olacaq.

Aparıcı: Zəhmət olmasa deyin, bu gün hamı “Jara” festivalının ruhundan danışır. Sizcə festivalın ruhu nədədir?

Leyla Əliyeva: Əlbəttə ki, insanlardadır, sizin enerjinizdə, sizin sevginizdədir. Sizin düşüncələrinizdə və Azərbaycandadır. Sağ olun.

Qırmızı xalıdan Emin Ağalarov, Filipp Kirkorov, Vera Brejneva, Bosson, Rita Dakota, Dmitri Matatov, Nikolay Baskov, Kristina Orbakayte, Burito, Elina Çaqa, Zivert, Aleksandr Panayotov, Slava, Qriqori Leps, Ani Lopak, Lolita, Sergey Lazarev, Albina Canabaeva, Maks Barskix, Olqa Buzova, Alessandro Safina, Mişa Romanova, Çingiz Mustafayev, A’Studio, NK, MONATIK, Artik & Asti, Mozgi, Qlyuk’oza, Vremya & Steklo qrupları və başqaları keçiblər.

Emin Ağalarov “Jara” festivalının hazırlıq işlərinə həmişəki kimi bir il vaxt sərf olunduğunu bildirib. O qeyd edib ki, builki festival çərçivəsində də maraqlı ifalar, duetlər olacaq. Ümumilikdə festivalda dörd gün ərzində 250-dək ifaçı çıxış edəcək. Festivalın bu il də əla keçməsi üçün əlimizdən gələni etmişik.

“Jara-2019”un qırmızı xalı üzərindən keçən digər iştirakçıları da festivalın yüksək səviyyədə təşkilindən, Bakıda olmaqdan məmnunluqlarını ifadə ediblər. Onlar festivalı bütün il ərzində səbirsizliklə gözlədiklərini söyləyib, Azərbaycan xalqının qonaqpərvər olduğunu və bu tədbirdə məmnuniyyətlə oxuyacaqlarını bildiriblər.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
BAKU.WS
VİDEO