SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Yalçın Rzazadə Türkiyədə əməliyyat olunub.

BAKU.WS
APA-ya istinadən xəbər verir ki, bu barədə oğlu Orxan Rzazadə məlumat verib.

O bildirib ki, atası dünən axşam saatlarında əməliyyat olunub: “Əməliyyat yaxşı keçdi, səhhəti stabildir, lakin kritikdir”.

Qeyd edək ki, Yalçın Rzazadə bir müddət əvvəl mədəsində yaranan problemlərə bağlı xəstəxanaya yerləşdirilib. Daha sonra isə əməliyyat olunmaq üçün Türkiyəyə gedib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.
BAKU.WS