VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın ilk rok qrupu olan "Yuxu"nun yaradıcısı İbrahim Emin vəfat edib.

BAKU.WS xəbər verir ki, İbrahim Emin bu gün 56 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İbrahim Emin 18 may 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. 1986-cı ildə "Yuxu" qrupunu yaradıb. Qrupun ifa etdiyi mahnıların sözlərini və musiqisini bəstələməkdən başqa qrupda bass gitarist kimi ifa edib.

İbrahim Emin 2004-cü ildə Sumqayıtda “Sirr” qrupunu yaradıb. Qrupun 2014-cü ildə "Yoruldum" adlı albomu işıq üzü görüb.
BAKU.WS