SİZİN REKLAM BURADA!
055 213 76 73


Həbsdə olan müğənni Fədayə Laçının nadir arxiv videosu üzə çıxıb.

BAKU.WS
xəbər verir ki, görüntünü 104 FM-in aparıcısı Famil Məcidli özünün İnstaqram səhifəsində paylaşıb. 

F.Məcidli paylaşıma belə bir şərh yazıb:

"Son dönəmlər Fədayə Laçının başı "musiqili meyxana" tipli mahnılara o qədər qarışmışdı ki, akademik səsə sahib olduğunu belə unutmuşdu. Bir müğənni yaxşı olar ki, sənətdən başqa heç nəyə bulaşmasın. 1998-ci ilin videosudur.  İfadakı kolorit könül oxşayır. Fədayə xanım bu tempdə davam etsəydi, bəlkə də indi Respublikanın xalq artistiydi".

Video 1998-ci ildə "Gəl səhərim” verilişində lentə alınıb. 

Aysel
BAKU.WS
VİDEO