SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı müğənni Riad Abdulov Bolqarıstanda keçirilən 28-ci Discovery International Pop Festivalda qalib olub. 

BAKU.WS 
xəbər verir ki, paytaxt Varna şəhərində keçirilən musiqi yarışmasının builki final mərhələsində Azərbaycan, Malta, İtaliya, Böyük Britaniya, Belarusiya, Türkiyə və digər ölkələr iştirak edib.

Azərbaycanı təmsil edən həmyerlimiz Riad Abdulov "Yenə sözlər" mahnısını ifa edərək münsiflərdən ən yüksək xal toplayıb.

Müğənniyə 1-ci yer qazandıran sözügedən mahnı artıq 2 aydan çoxdur ki, Bolqarıstan radiolarında yayımlanır və top 5-liyə düşüb. 2 gün öncə Bolqarıstanda "EuroRadio"da qonaq olan müğənni bununla bağlı məlumatı dinləyicilərlə bölüşüb. 

Qeyd edək ki, bu günə kimi bu musiqi festivalında Filip Kirkorov, İnqrid, Sunstroke Project kimi dünya ulduzları iştirak edib. Dəfələrlə müsabiqəyə qatılan Azərbaycan isə ilk dəfə qalib olub. Bildirək ki, 1-ci yerin sahibi Riad Abdulov festivalda "ADDIM" Gənclər Təşkilatının dəstəyi ilə iştirak edib.

Zülfiyyə Qurbanova
BAKU.WS
QALEREYA