SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Röya müəllimi Vaqif Gərayzadənin keçmiş "W Trio" və "Aypara" qruplarının solisti olmuş, yenicə solo koriyeraya başlayan həmkarı, pedaqoq Əminə Şirinqızı (Kərimova) ilə duet oxuyub. 
 
BAKU.WS
xəbər verir ki, ifaçılar sözləri və musiqisi Aşıq Əhlimana məxsus olan "Naz eyləyir" adlı mahnını bəstəkar Muxtar Abseynovun aranjemanında fərqli tərzdə ifa ediblər.

Eksklüziv olaraq Xəzər televiziyasında Zaur Kamalın təqdimatında yayımlanan "5 də 5" verilişində ifa edilən sözügedən duet artıq əməkdar artistin rəsmi youtube kanalında da yayımlanıb.

Qeyd edək ki, bir müddət əvvəl Röya instagram səhifəsində küsülü olduğu xalq artisti, sevilən müğənni Aygün Kazımovanı işarələyərək, onun repertuarından "Özümü aldadıram" adlı mahnısını Əminə ilə studiyada canlı olaraq, duet oxuyub yayılmamışdı.

Aysel


BAKU.WS
VİDEO