SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrailin paytaxtı Tel-Əviv şəhərində keçirilən “Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycan bayrağına qarşı diqqətsizlik sosial şəbəkələrdə böyük etirazla qarşılanıb. 

İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin aparıcı mütəxəssisi Fikrət Doluxanov BAKU.WS-ə açıqlamasında bildirdi ki, “Eurovision" təşkilatçılarının kobud səhvinin qarşısını alıblar:  

"İTV əməkdaşları yanlış göstərilən bayrağı gördükdən sonra vəziyyətə müdaxilə ediblər. Biz bayrağın tərs olduğunu gördükdən dərhal sonra Hüsniyyə və Çingizə bildirdik. Onlar bayrağımızı doğru formada üstündən asdılar və səhv bayrağın üstünü örtdülər.

Biz bunun təxribat olduğunu deyə bilmərik. Bu sadəcə təşkilatçıların kobud səhvidir".

Xatırladaq ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayevin uğurla çıxış etdiyi II yarımfinaldan sonra finala vəsiqə qazanan ölkənin təmsilçiləri üçün təşkil olunan mətbuat konfransında Azərbaycan nümayəndəliyinin qarşısına qoyulan tanıdım lövhəsində bayrağımız bayrağı tərsinə əks olunub.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO