Fuad Əhmədov da bu aktyorlardan biri idi və yaratdığı hər bir rol onu bu gün əbədiyaşar edib. O, 1988-ci ildə və 1996-cı illərdə H.Bağırovun yaratdığı Bakı Bələdiyyə “Tənqid-Təbliq” teatrında aktyor kimi fəaliyyət göstərib.
1996- cı ildən yenidən Musiqili Komediya Teatrına qayıdaraq ömrünün sonuna kimi solist-vokalist aktyor eyni zamanda Rus Bölməsi üzrə Aktyor Truppasının müdiri kimi fəaliyyət göstərib. Fuad Əhmədovun bu günədək maraqla izlənilən bir çox film və tamaşaları var.
Onlardan "Qaynana"-da İlqar, "Hələlik"-də Hörmətzadə, "İmtahanda"-da məktəb direktoru , "Bankir Adaxlı"-da Zaur, "O olmasın Bu olsun"da Rüstəm bəy ,"Nəğməli könül"də Aslan və bir çox tamaşalarda müxtəlif obrazlar yaradıb. Eyni zamanda "Yük", "Qəzəlxan", "Şirbalanın Sonuncu Məhəbbəti " və bir çox bədii filmlərdə müxtəlif obrazlar yaradıb.
O, 10 may 2004-cü ildə vəfat edib.
BAKU.WS
VİDEO