SİZİN REKLAM BURADA!
055 213 76 73


“Eurovision-2019” mahnı müsabiqəsini boykot etməyə çağıran kampaniyaya start verilib.

BAKU.WS xəbər verir ki, İsrailin Strateji Planlaşdırma Nazirliyinin açıqlamasına görə, #BoycottEurovision2019 haştaqlı boykot çağırışlarını HƏMAS qruplaşmasının siyasi büro rəhbəri Basem Naimanın dəstəyi ilə BDS (İsrailə sanksiya, boykot) hərəkatı tərəfdarları edir.

#BoycottEurovision2019 həştağına daha çox "Twitter" hesablarında rast gəlmək olar.

Bundan əvvəl 2 apreldə 170 isveçli musiqiçi və mədəniyyət xadimi İzraildə keçiriləcək müsabiqəni boykot etməyə çağırış etmişdi. Onlar açıq məktub yazaraq, "Eurovision 2018"də qalib olduqdan sonra İzrail ordusunun Qəzza bölgəsində 62 fələstinlini qətlə yetirdiyini xatırladıb.

Qeyd edək ki, müsabiqə 14-18 may tarixlərində Tel-Əvivdə keçiriləcək müsabiqədə ölkəmizi Çingiz Mustafayev təmsil edəcək.

Zülfiyyə Qurbanova
BAKU.WS
QALEREYA