SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın xalq artisti Mənsum İbrahimov Afrikada toy məclisində qatılıb.

BAKU.WS xəbər verir ki,  xalq artistinin Afrika səfərini əks etdirən fotoları sosial şəbəkədə paylaşıb. 

O, Efiopiyanın Əddis-Əbəbə şəhərində baş tutan toy mərasimində bəy və gəlinlə fotosuna belə şərh verib: "Afrika toyu da maraqlı olur".

Qeyd edək ki, M.İbrahimov Efiopiyada konsert proqramı ilə çıxış etmək məqsədilə Afrikaya səfər edib.

Konsertdən sonra Əddis-Əbəbə və Dəbrə-Zeyt şəhərlərini gəzib. Eləcə də Nairobi Milli Parkını ziyarət edib.

Aysel
BAKU.WS
VİDEO

QALEREYA