SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Turizm Agentliyinə qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrini pasportlaşdırmaq səlahiyyəti verilib. 

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı  “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında fərmanında öz əksini tapıb.

Fərmana yeni əlavə edilən 3.0.45-1-ci yarımbəndinə əsasən, Dövlət Turizm Agentliyinin vəzifələri sırasına qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrini siyahıya və dövlət qeydiyyatına almaq, pasportlaşdırılmasını həyata keçirmək aid edilib.
BAKU.WS