SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar jurnalist, "Səni axtarıram" layihəsinin rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızı Xəzər Televiziyasında yeni yaradılan Bədii Şuranın üzvü seçilib.

BAKU.WS xəbər verir ki, televziyasının prezidenti Şamxal Həsənlinin sədrlik etdiyi şurada ümumilikdə 12 nəfər təmsil olunur.

Şurada Xoşqədəm Hidayətqızı ilə yanaşı millət vəkilləri Elman Nəsirov, Nizami Cəfərov, Elmira Axundova, Novruz Aslan, Qüdrət Həsənquliyev, Əməkdar İncəsənət xadimi, kinorejissor Ayaz Salayev, yazıçı-publisist Həmid Herisçi, kulturoloq, professor Fuad Məmmədov, xalq artistləri Həmidə Ömərova və Nazpəri Dostəliyeva var.

BAKU.WS