SİZİN REKLAM BURADA!
055 213 76 73


“CinemaPlus” kinoteatrlar şəbəkəsində səbirsizliklə gözlənilən “Marvel” kinoşirkətinin “Qisasçılar: Final” filmi üçün böyük ajiotaj var. Biletlər kosmik sürətlə satılır. 

“CinemaPlus”un “Gənclik Mall” ticarət mərkəzində yerləşən kinoteatrında keçiriləcək birinci gecə seansına məşhur azərbaycanlı ulduzlar da qatılacaq. 

Filmin rejissorları Co Russo və Entoni Russodur.

Baş rollarda Robert Dauni-kiçik, Kris Evans, Mark Rufallo, Kris Hemsvort, Skartlett Yohansson, Ceremi Renner, Don Cild, Pol Radd, Bri Larson, Karen Gillan, Danay Qurira, Bredli Kuper və Coş Brolin yer alıb. 

Film haqqında qısaca: Qisasçılar komandasının sağ qalan üzvləri və onların tərəfdaşları qüdrətli Tanos titanının dağıdıcı fəaliyyətini dayandırmağa kömək edəcək yeni plan hazırlamalıdırlar. Tarixin ən böyük miqyaslı və faciəli döyüşündən sonra onlar səhv edə bilməzlər.

Bu filmin fanatları çoxdan gözlənilən və 23:55-də baş tutacaq premyeradan bir gün əvvəl “CinemaPlus” kinoteatrlar şəbəkəsində filmi rus və türk dillərində izləyə biləcəklər. 


Filmin nümayişi aprelin 29-dan başlayır. 

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından: www.cinemaplus.az,

mobil tətbiqdən: IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8

https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus 

həmçinin, 012 499 89 88 nömrəsi ilə və 119 qaynar xətti ilə əlaqə saxlamaqla əldə edə bilərsiniz.

Qeyd etmək istəyirik ki, “CinemaPlus Azerbaijan” kinoteatrı sutkada 24 saat işləyir.
BAKU.WS
VİDEO