055 213 76 73
Xalq artisti Rasim Balayev seriala çəkilir.
Sənətkar bu haqda BAKU.WS-ə açıqlama verib.
R. Balayevin sözlərinə görə, o, "Keçmişin izində" adlı ekran işində rol alıb:
"Çəkilişlərimiz davam edir. Serialda mafiya başçısı obrazını canlandırıram".
Qeyd edək ki, ekran işinin quruluşçu rejissoru Şəhriyar Zeyni, ssenari müəllifi Kamran Cəfərovdur.
Tezliklə yayımlanacaq serialda Əməkdar artistlər Nazir Rüstəmov, Pərviz Bağırov, Məhərrəm Musayev, aktyor Midhat Aydın, Tural Baxış, aktrisalar Günel Məmmədova, Ruhiyyə Həsənova, Nəzakət Məmmədova və başqaları rol alıb.
Hüseyn Məmmədsalahov
BAKU.WS