SİZİN REKLAM BURADA!
055 213 76 73



Mədəniyyət naziri Əbülfəs Qarayev ifaçı Afət Fərmanqızının Azərbaycan böyük şairi İmaməddin Nəsiminin qəzəlinə mahnı oxumasına münasibət bildirib.


BAKU.WS xəbər verir ki, nazir yaradıcı şəxslərə belə məsələlərə həssaslıqla yanaşmağı tövsiyyə edib:

"Xüsusi ilə böyük ədiblərimizin yaratdığı qəzəllərin müasir tərzdə təqdim olunmasına nə qədər maraqlı olsaq, keyfiyyəti baxımından ciddi və daxili nəzarət olmalıdır. Yaradıcılıq elə bir şeydir ki hər insan öz qadir olduğu formada onu edir. Onun dünya görüşü, yaradıcılığı, onun ifa etdiyi, bəhs etdiyi, əsərlərdə biruzə verir. Elə əsərlər var ki, uğurlu, elələri var ki, uğursuz olur. Elə əsərlər olur ki, dildən-dilə səs salır, elələri var ki cəmiyyət tərəfindən qəbul olunmur.  Bu yaradıcılıq prosesidir. Mən burdan sizin vasitənizlə tövsiyə edirəm ki, Azərbaycanın böyük, dahi ədəbi incəsənətlə bağlı olan mirası var. Hər bir yaradıcı insan öz daxilində məsuliyyəti hiss etməli və dərk etməlidir. Mən bu məsələylə bağlı yalnız televiziya kanallarına məktub yaza bilərəm ki, bu cür nümunələrin yayılmasına nəzarət olunsun”.

Hüseyn Məmmədsalahov
BAKU.WS