VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib.

BAKU.WS xəbər verir ki, bu gün AKİ-nin idarə heyətinin ümumi iclası keçirilib.

Bir müddət əvvəl mərhum Rüstəm İbrahimbəyovun yerinə namizədliyi təqdim olunan Rasim Balayev iclas iştirakçılarının yekdil səsi ilə sədr vəzifəsinə seçilib.

Bundan başqa iclasda Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlərin keçirilməsi, onun məqalələrinin toplusunun dərci, barəsində sənədli filmin çəkilməsi, Kino Muzeyinin yaradılması məsələləri də müzakirə olunacaq.

Qeyd edək ki, AKİ-nin əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

BAKU.WS