SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmaz sakini Ədalət Pirverdiyev çaylardan topladığı daşlardan unikal sənət nümunələri hazırlayır.

Oyma ustası daha çox portret, abstrakt və mənzərə janrlarına üstünlük verir.

Azərbaycanın bir çox siyasi, ictimai və mədəniyyət xadimlərinin portretlərini daş üzərinə həkk edən müəllif kiçik bir təsviri yaratmaq üçün 2-3 ay vaxt sərf etdyini qeyd edir.

Onun yaratdığı bir sıra əsərlər ölkəmizdə, həmçinin beynəlxalq sərgilərdə nümayiş etdirilib, mükafatlara layiq görülüb. Hazırda onun bir sıra sənət nümunələri Xaçmaz Tarix və Diyarşünaslıq muzeyində sərgilənir.

Qeyd edək ki, 30 ildir daş üzərində oyma sənəti ilə məşğul olan, daşları danışdıran sənətkar kimi tanınan Ədalət Pirverdiyev bu günə qədər müxtəlif mövzularda 500-dən çox əl işi ərsəyə gətirib.

Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:

BAKU.WS
VİDEO