SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün İtaliyanın Turin şəhərində Avroviziya Mahnı Müsabiqəsinin ikinci yarımfinalı baş tutacaq.

BAKU.WS xəbər verir ki, ölkəmizi təmsil edən müğənni Nadir Rüstəmli “Fade To Black” ifasını səsləndirəcək. O, 4 nömrə altında çıxış edəcək. 

Müsabiqənin ikinci yarımfinalında Azərbaycanla yanaşı, Gürcüstan, Finlandiya, Malta, Serbiya, San Marino, İrlandiya kimi ölkələrin təmsilçiləri də çıxış edəcəklər. Musiqi yarışması Bakı vaxtı ilə 23:00-da "İTV" kanalında canlı yayımlanacaq.

Xatırladaq ki, Avroviziya Mahnı Müsabiqəsinin finalı mayın 14-də keçiriləcək.

BAKU.WS
VİDEO