SİZİN REKLAM BURADA!
055 213 76 73


Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb.

BAKU.WS "Trend"ə istinadən xəbər verir ki, bu barədə Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

Onun sözlərinə görə, hazırda Yaqub Zurufçunun vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Yaqub Zurufçunun müalicəsi üçün xaricdən həkim də dəvət olunub.

Qeyd edək ki, koronavirusa yoluxan Yaqub Zurufçu “Yeni Klinika”ya yerləşdirilib.

BAKU.WS