SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Aybəniz Haşımova həmkarı Zöhrə Abdullayevanın qəbrini ziyarət edib.

BAKU.WS xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkə hesabında məlumat verib. O, Zöhrə Abdullayevanın məzarından video paylaşaraq pulunu və mülkünü qardaşına vəsiyyət etdiyini deyib:

“Bu gün Zöhrə xanımın ölümündən 40 gün ötür. Allah rəhmət etsin. Çox yaxşı xanım idi. 5 il eyni teatrda çalışmışıq. Gül qədər belə incimədim ondan...

Zöhrə xanım ana kimi necə ana idi, bunu bütün xalq gördü. Amma bir bacı kimi onun əvəzi olmayacaq.

Təsəvvür edin ki, qardaşının maddi vəziyyəti yaxşı olmadığından evini, bağını, maşınını, bankdakı pulunu qardaşının adına yazıb ki, qardaşı ondan sonra əziyyət çəkməsin. Allah rəhmət etsin”.

BAKU.WS