SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Kübra Əliyeva prodüser Tarix Əliyevin “Günə bir şou” verilişinin qonağı olub.

BAKU.WS xəbər verir ki, proqram zamanı aktrisa, bir müddət əvvəl vəfat edən Xalq artisti Rafiq Hüseynov(Rəmiş) haqında maraqlı açıqlama verib. O sənətçinin həyat yoldaşı Gülü ilə birlikdə uzun müddət maşında yaşadığını bildirib:

“Gülü ilə Rəmiş dərviş həyatı sürdü. Evsizlikdən aylarla dəniz kənarında maşında yaşadılar. O dəniz suyu ilə Rəmişin ayaqlarını yuyurdu, onun üçün çay dəmləyirdi, bir sözlə qulluğunda dururdu.

Sonra mingəçevirli bir iş adamı evinin qapılarını onların üzünə açdı. Amma bəzi səbəblərə görə o evdən uzaqlaşdırıldılar. Gülü onunla birlikdə olanda çox əziyyət çəkdi. Amma bir an da olsa, onu tərk etmədi. Sonra Cənab prezident şəhərin gözəl yerində onlara ev verdi”.

BAKU.WS