VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Naibə Allahverdiyeva bu gün vəfat edən Xalq artisti Arif Quliyevlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

BAKU.WS xəbər verir ki, aktrisa Arif Quliyevlə yanaşı, yaxın zamanlarda vəfat edən tanınmış insanlara görə dərin kədər hissi keçirdiyini bildirib. Bu haqda danışan N.Allahverdiyeva göz yaşlarını saxlaya bilməyib:

“Bilmirəm nə deyim? Hələ də şokdayam. Bu qədər itki, belə dərd olmaz. Hər gün bir dostumuzu itiririk. Hər gün birinin vəfat xəbəri gəlir.

Əvvəl şəhidlərimiz, indi də sənət adamlarımız... Elə bil göz dəydi bizə. Bizim bu qələbəmiz çoxlarını kor etdi. İstedadlı insanlarımızın hamısı gedir. Dözmək olmur, çox çətindir”.

BAKU.WS
VİDEO