VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Hacı Nuran sosial şəbəkə hesabında Əməkdar artist Ağadadaş Ağayevlə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, o, "Instagram" hesabında sənətçi ilə fotosunu paylaşaraq səhhətinin yaxşı olduğunu və mətbuatda A.Ağayevin ölümü ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu bildirib:

"İnsanın hissləri ilə oynamaq olmaz... Reytinq naminə kiminsə milyonlarla pərəstişkarını, ailəsini üzmək olmaz. Bir çox saytlar Ağadadaş Ağayevin ölüm xəbərini tirajlayır.

Hazırda onun yanındayam. O, bu xəbərlərə baxıb gülür. Amma gözlərinin dərinliyində təəssüf hissi olduğunu görürəm”.

BAKU.WS