VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı, “Rəmiş” ləqəbi ilə tanınan Rafiq Hüseynovun ölüm səbəbi məlum olub.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Rəmişin həkimi, reanimatoloq Cavid Paşayev açıqlama verib.

Həkim BAKU.TV-yə eksklüziv açıqlamasında bildirib ki, Rəmiş yanvarın 28-də qara ciyər çatışmazlığı, xroniki ağ ciyər xəstəliyi ilə daxil olub. Daxil olandan sonra müalicə fonunda nisbi stabillik müşahidə olunub. Sonradan xəstədə koronavirusa yoluxma olub. Bu gün o rəhmətə gedib”, - deyə Cavid Paşayev bildirib.

Qeyd edək ki, R.Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Xatırladaq ki, R.Hüseynov 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.

BAKU.WS
VİDEO