SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Türkiyəyə səfər çərçivəsində qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

BAKU.WS xəbər verir ki, görüşlə bağlı türkiyəli nazir sosial şəbəkədə paylaşım edib.

“Can Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə görüşdük. İşğal nəticəsində zərər dəyən Qarabağdakı Azərbaycan mədəni irsinin restavrasiyası üçün hər cür dəstəyi verəcəyik. YUNESKO başda olmaqla beynəlxalq arenada Azərbaycanın haqlı mübarizəsinin arxasındayıq”, - deyə M.Çavuşoğlu vurğulayıb.

BAKU.WS