SİZİN REKLAM BURADA!
055 213 76 73


Balakən rayonunun Tülü və Talalar kəndlərinin yaxınlığında yerləşən Nur kilsəsi Alban dövrünün erkən xristian abidələrindən hesab olunur.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, abidə düzbucaqlı olmaqla, iki hissədən ibarətdir. Birinci hissə 10 metrlik ibadət zalı, ikinci hissə isə IX-XI əsrlərdə inşa edilmiş Zəy qülləsidir.

Abidənin baxımsız vəziyyətdə olması Balakən sakinlərini və tarixçiləri narahat edir. Tarixçi Akif Məmmədli bildirir ki, təqribən 20-30 il öncəyə qədər abidəyə dayanıqlılıq və gözəllik verən Zəy qülləsinin sütunları qalmaqda idi. Ancaq hazırda qüllənin sütunlarından biri dağılaraq, ətrafa səpələnib.

Tarixçinin sözlərinə görə, abidənin V əsrdə inşa edilməsi ehtimal olunur. Əgər burada arxeoloji qazıntılar aparılarsa, alt hissədə daha bir ay məbədinin də olması ehtimallar arasındadır.

Abidə hazırda baxımsız vəziyyətdədir və restavrasiyaya ehtiyacı var.

Bununla bağlı Mədəniyyət Nazirliyinin Balakən rayonu üzrə abidələrinin mühafizəsi xidmətinə müraciət etdik.

Abidə mühafizəçisi Nizami Mahmudov şifahi olaraq BAKU.TV-yə bildirdi ki, Balakəndə olan abidələrin bir çoxu restavrasiya olunmalıdır.

Bununla bağlı artıq Mədəniyyət Nazirliyinə müraciət də ediblər. Yaxın zamanlarda abidələrin rastavrasiyasına başlanılması gözlənilir. Onların arasında Nur kilsəsi də olacaq.

BAKU.WS
VİDEO