SİZİN REKLAM BURADA!
055 213 76 73


“Səfurə xanım uzun illərdir, Könül xanımın himayəsindədir”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nazirliyin İncəsənət şöbəsinin əməkdaşı Xalq artisti Səfurə İbrahimovanın qardaşı qızı Könül xanımla əlaqə saxlayıb.

“Son günlər Səfurə xanımın qardaşının səhhətində problemlər yarandığı üçün Könül xanım atasının yanında qalıb. 23 noyabr tarixində Səfurə İbrahimova müayinə olunmaq üçün xəstəxanaya aparılıb, müayinə zamanı səhhətində ciddi problem aşkarlanmayıb. Səfurə İbrahimova hazırda qardaşı qızının evindədir”, - deyə məlumatda deyilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Xalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb.

Onu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilas edib.

BAKU.WS