VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Ramal İsrafilov "Maşın” realiti-şousunu tərk edib.  

BAKU.WS xəbər verir ki, ifaçı mübarizəni davam etdirə bilmədiyi üçün əlini maşından çəkib.

Müğənni maşının Lalə Mustafayevaya qismət olmasını arzuladığını bildirib. O qeyd edib ki, hətta mübarizəni davam etdirə bilsəydi belə, maçını bir il sonra Lalə Mustafayevaya hədiyyə edəckdi. "Hətta o bir il gözləməyə səbr edə bilməsəydi, mən öz hesabıma ona avtomobil alıb bağışlayacaqdım.

Lalə Mustafayeva ilə Suna Qasımoğlunun iştirakı ilə sabah "Maşın"da final gecəsi ola bilər.

Qalibin kimliyi sabah axşam saat 22:00-da ATV-nin canlı efirində açıqlanacaq.

Şounun bitməsinə az qaldıqca, oyunun şərtləri daha da mürəkkəbləşir. Belə ki, şounun qaydalarına əsasən, iki xanım iştirakçının hər biri ayrı-ayrılıqda avtomobilin yanından ayrıla bilmirlər. Hər iki xanımın avtomobildən ayrılıb, təbii ehtiyaclarını ödəmək kimi imkanları artıq yoxdur. İştirakçılar yalnız xüsusi səs işarəsindən sonra iki saatdan bir əlini digər ilə əvəz edə bilirlər. Hətta əli maşından sürüşdürmək qəti qadağandır. Bununla yanaşı, bu gündən etibarən iştirakçıların avtomobilə söykənmələri də yasaqlanır.

Bunlara rəğmən, oyunçular ürəkləri istəyən qədər su və qida ilə təmin olunurlar. İştirakçıların səhhətinə 24 saat ərzində təcili tibbi yardımın peşəkar həkimləri tərəfindən nəzarət olunur. Sağlamlığında problem yaranan iştirakçı dərhal şoudan uzaqlaşdırılacaq.

Qeyd edək ki, ötən gecə müğənni Ramal İsrafilov şounu öz xoşu ilə tərk edib.
BAKU.WS