SİZİN REKLAM BURADA!
055 213 76 73


“Maşın Şou"nun finalında gərgin mübarizə gedir. Final mərhələsinə adlayan iştirakçılar Lalə Mustafayeva, Ramal İsrafilov və Suna Kasımoğlu dəyəri 50 min manatlıq “Opel İNSİGNİA” avtomobil uğrunda mübarizələrini davam etdirirlər.  

BAKU.WS 
xəbər verir ki, proqramın ötən gün yayımlanan buraxılışında avtomobilin ətrafında dayanan aparıcı Suna Kasımoğlunun digər finalistlər müğənni Ramal İsrafilov və həmkarı Lalə Mustafayevaya təzyiq etməsi gözdən yayınmayıb.

Lalənin qalib olmasının tərəfdarı olduğunu deyən Ramal Sunaya bərabər əlllərini maşından çəkməyi təklif edib: “İkimiz də əlimizi çəksək, istəyərəm ki, maşın Lalənin olsun”.

Lalə Sunanın bu təkliflə razılaşmayacağını deyib: “Lalənin anası üç dəfə şok yaşadı, tamaşaçıları bütün pulları xərclədi, mikroinfarkt keçirdi. Suna heç nə etmədi, sadəcə susdu. İndi də əlini çəkmək istəmir”.

Onun bu sözləri S.Kasımoğlunu özündən çıxarıb:

“Lalə, iyimisin? Haqlı və ya haqsız yolla finala gəlməyim barədə fikirləriniz mənə maraqlı deyil. Çöldə görüşməyəcəyim insanlardan birisən. Qorxuna görə insanlardan üzr istədin. Səninlə nə burada, nə də çöldə danışmaq istəmirəm. Sən üzünü çox yaxşı göstərdin”.

Xatırladaq ki, ötən günlərdə səsverməyə çıxan L.Mustafayeva S.Kasımoğlu haqda “Belə bir böyük yarışma qardaş Türkiyədə olsaydı, yəqin azərbaycanlı 11 gün qalmazdı. Böyük diqqət göstərmişik” deyə, söyləmişdi.

İntriqalı və qalmaqallı günləri arxada qoyan iştirakçılar yalnız iradə və güc nümayiş etdirdikləri təqdirdə “Maskarad”ın finalında sona qalıb, avtomobilə sahib çıxmaq şanslarını artıra bilərlər. Üç məşhurdan kimin qalib gələcəyi isə yaxın üç gün ərzində müəyyən olacaq. Hazırda isə hər üç məşhur dözümlülük nümayiş etdirərək şouda iştirakını davam etdirirlər.  

Qeyd edək ki, şou sona yaxınlaşdıqca, oyunun şərtləri də ağırlaşır. Qaydalarına əsasən, artıq iştirakçılar hər hansı səbəbə görə, avtomobildən əllərini çəkə bilməzlər. Onlar bu gün ərzində yalnız bir dəfə maşından bəlli zaman çərçivəsində ayrılıb, təbii ehtiyaclarını ödəmək şanlarından istifadə ediblər. İştirakçılar yalnız xüsusi səs işarəsi səsləndikdən sonra iki saatdan bir əlini digər ilə əvəz edə bilirlər. Hətta əli belə maşından sürüşdürmək qəti qadağandır. Bununla yanaşı, sabahdan etibarən iştirakçılar avtomobilə söykənmələri də yasaqlanır. Bunlara rəğmən oyunçular ürəkləri istəyən qədər su və qida ilə təmin olunurlar.  

İştirakçıların səhhəti isə 24 saat ərzində təcili tibbi yardımın peşəkar həkimləri tərəfindən nəzarət olunur. Sağlamlığında problem yaranan iştirakçı dərhal oyundan kənarlaşdırılacaq. 

Aysel
BAKU.WS
VİDEO