VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Maşın” şounun final mərhələsinin növbəti final gecəsi Xalq artisti Murad Dadaşovun təqdimatında start götürüb.  

BAKU.WS xəbər verir ki, şounun on altıncı günündə üç məşhur Lalə Mustafayeva, Ramal İsrafilov və Suna Kasımoğlu böyük final mərhələsinə adlayıb, dəyəri 50 min manatlıq “Opel İNSİGNİA” avtomobil uğrunda mübarizələrini davam etdirirlər.  

İntriqalı və qalmaqallı günləri arxada qoyan iştirakçılar yalnız iradə və güc nümayiş etdirdikləri təqdirdə “Maskarad”ın finalında sona qalıb, avtomobilə sahib çıxmaq şanslarını artıra bilərlər.  

Üç məşhurdan kimin qalib gələcəyi isə yaxın üç gün ərzində müəyyən olacaq. Hazırda isə hər üç məşhur dözümlülük nümayiş etdirərək şouda iştirakını davam etdirirlər.  

Qeyd edək ki, şou sona yaxınlaşdıqca, oyunun şərtləri də ağırlaşır. Qaydalarına əsasən, artıq iştirakçılar hər hansı səbəbə görə, avtomobildən əllərini çəkə bilməzlər.

Onlar bu gün ərzində yalnız bir dəfə maşından bəlli zaman çərçivəsində ayrılıb, təbii ehtiyaclarını ödəmək şanlarından istifadə ediblər. İştirakçılar yalnız xüsusi səs işarəsi səsləndikdən sonra iki saatdan bir əlini digər ilə əvəz edə bilirlər. Hətta əli belə maşından sürüşdürmək qəti qadağandır.  

Bununla yanaşı sabahdan etibarən iştirakçılar avtomobilə söykənmələri də yasaqlanır. Bunlara rəğmən oyunçular ürəkləri istəyən qədər su və qida ilə təmin olunurlar.  

İştirakçıların səhhəti isə 24 saat ərzində təcili tibbi yardımın peşəkar həkimləri tərəfindən nəzarət olunur. Sağlamlığında problem yaranan iştirakçı dərhal oyundan kənarlaşdırılacaq.  
BAKU.WS
VİDEO