SİZİN REKLAM BURADA!
055 213 76 73


"Maşın Şou"nun "Maskarad" adı altında start verilən 18-ci sürətindən maşın uğrunda amansız mübarizə gedir. Dünən səsverməyə çıxarılan aktyor Məcid Hüseynovun sağ göstərib sol vurması iştirakçıların taktikalı oyunundan xəbər verir.

BAKU.WS
xəbər verir ki, Məcid əvvəlcə qadın iştirakçılardan birini çıxaracağını desə də, son qərarı aşıq Namiq Fərhadoğlu olub. 

Qərar verməkdə çətinlik çəkən aktyor üzünü aşığa tutub maşından əlini çəkməsini istəyib:

"Namiq, istəyirsənsə səni bu oyundan kişi çıxarsın, gəl görüşək, get".

Onun bu sözü Namiqi təəccübləndirib və etirazını bildirib:

"Çıxartmaq istəyirsənsə, çıxa bilərəm, amma gündüz mənə dedin ki, mənim balam ölsün, səni çıxartmayacam, mənim şəklimi at. Adam kişi olar".

Məcid onun bu sözlərindən sonra qərarını açıqlayıb:

"Bizim bilmədiyimiz çox şeylər var, Namiq. Mən istəyirdim bunları görüm. Tam səmimi deyirəm, burada bütün iştirakçılar da deyə bilər, Vallah-billah danışığını bilmirsən", - deyir və maşının ətrafındakı öz yerinə qayıdır. 

Aparıcının yanına gələn aşıq Bəhman Vətənğlunun şeirini deyir və hər dəfə əlini Məcidi göstərir:

"Ömür əmanətdir, bilin, a dostlar. Kişiyə namərdin daşı dəyməsin.
Eyib etməz kişiyə, gülsə, ağlasa. Gözünüzə kədər yaşı dəyməsin.
Arsızlıq eyləyib, gülməyə nə var. Ömrün mənasını bilməyə nə var.
Mərdin gülləsilə ölməyə nə var, kişiyə namərdin daşı dəyməsin.
Dingiş qadın kimi gülmə, ay arsız. Məni də bu qədər düşünmə barsız.
Sənin bədəninə bəzəkli qarpız, mənin bədənimə baş qoyub fələk".

Namiq bu şeirdən sonra iştirakçıların hər biri üçün güclü rəqib olduğunu deyib:

"Bunların hər biri məndən qorxur. Bildi ki, məni kütlə dəstəkləyir. Bunlar taktika işlətdilər. Bildilər ki, mən səs istəsəm, bunların heç biri mənimlə ayaqlaşa bilməz. Kişi kimi oynamaq lazımdır".

Zülfiyyə Qurbanova 
BAKU.WS
VİDEO