Ölkənin ən reytinqli  layihəsi olan “Maşın Şou"nun 18-ci sürəti start götürüb.

BAKU.WS xəbər verir ki, Xalq artisti Murad Dadşovun aparıcısı olduğu şou ATV kanalında canlı olaraq yayımlanır.

Artıq maşın uğrunda mübarizəyə qoşulan ulduzlar səhnəyə dəvət edilir. "Maskarad" adlanan şouda ilk olaraq səhnəyə dəvət edilən müğənni Ayan Babakişiyeva, meyxanaçı Aqşin Fateh və müğənni Kərim Abbasov olub.

İkinci üçlük isə aparıcı Kəmalə Piriyeva, aşıq Namiq Fərhadoğlu və müğənni Bilal Əliyev oldu.

Üçüncü üçlük isə müğənni Nazim Pişyari, müğənni Türkan Vəlizadə və türkiyəli Suna Kasımoğludan ibarətdir.

Növbəti üçlüyü isə teleaparıcı Zümrüd Qasəmova, müğənni Fuad Musayev və reper Qurd təmsil edəcək.

5-ci üçlük də əvvəlki iştirakçılar qədər tanınan simalrdır. Müğənni Aysun İsmayılova, aktrisa Fatma Mahmudova və Aktyor Məcid Hüseynov.

Sonuncu üçlük isə müğənni Ramal İsrafilov, müğənni Niyam Salami və teleaparıcı Lalə Mustafayeva oldu.

Beləliklə sabahdan etibarən maşın uğrunda Ayan Babakişiyeva (müğənni),  Aqşin Fateh (meyxanaçı), Kərim Abbasov (müğənni), Kəmalə Piriyeva (aparıcı), Namiq Fərhadoğlu (aşıq) Bilal Əliyev (müğənni), Nazim Pişyari (müğənni), Türkan Vəlizadə (müğənni) Suna Kasımoğlu (Türkiyə vətəndaşı), Zümrüd Qasəmova (teleaparıcı), Fuad Musayev (müğənni), Qurd (reper), Aysun İsmayılova (müğənni), Fatma Mahmudova (aktrisa), Məcid Hüseynov (aktyor), Ramal İsrafilov (müğənni), Niyam Salami (müğənni) və teleaparıcı Lalə Mustafayeva “Opel” markalı avtomobil uğrunda mübarizə aparacaq.



BAKU.WS