SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin növbəti efir günü baş tutub.

BAKU.WS-in məlumatına görə, “Hind kinosu” adlanan yarışma 16 iştirakçının mübarizəsi ilə davam edir. İştirakçılar bu dəfə müğənni Mina Hüseyni SMS səsverməsinə çıxarıblar.

Mina Hüseyn hədəfini açlıqlamayıb. Amma həmkarı Dilarə Kazımlı və Ramin Nabran onun hdəfinin kim olduğunu bildiklərini və riskli bir oyun oynağdığını bildiriblər.

Efirə gedən sujetdə isə Dilarə kazımova Minanın hədəfinin Sərxan Kərəmoğlu olduğunu bildirib.

Lakin Minanın hədəfi hamını təəccübləndirib. O hədəfinin əslində, Sərxan yox, vayner Taleh Yüzbəyov olduğunu bəyan edib.

52,01 faiz səs toplayan Mina Hüseynin qərarı isə hər kəsi şoka saldı. Mina heç kəsin xətrinə dəymək istəmədən şounu özü tərk etdi.

Xatırladaq ki, yarışmada Nazilə Səfərli (şairə), Ruhəngiz Allahverdiyeva (əməkdar artist), Ramin Nabran (müğənni), Xose Bernardo (aparıcı), Ranar Musayev (aparıcı), Xəyalə Quliyeva (aktrisa), Nərgiz Əliyeva (aktrisa), Sərxan Kərəmoğlu (müğənni), Allahverdi Yolçuyev (aktyor), Aydan Axundzadə (aparıcı), Samir Cavadzadə (müğənni), Dilarə Kazımava (müğənni), Səmra Rəhimli (müğənni), Taleh Yüzbəyov (vayner), Mənsur Şərif (vayner) mübarizə aparır.

BAKU.WS