SİZİN REKLAM BURADA!
055 213 76 73



Reytinqləri alt-üst edən “Maşın” realiti şousunun start götürəcəyi dəqiq tarix məlum olub.

BAKU.WS-in eksklüziv əldə etdiyi məlumata görə, “M Group Production” şirkətinin istehsalı olan layihə 13 dekabr tarixində başlayacaq.

Budəfəki sürətdə tamaşaçıları bir çox yeniliklər gözləyir. Yarışmanın qaydalarında bəzi dəyişikliklər olub. Bundan əlavə, şounun tarixində ilk dəfə olaraq tamaşaçıların mobil əlavə vasitəsi ilə həm ödənişli, həm də ödənişsiz şəkildə səs vermələri mümkün olacaq.

Xalq artisti Murad Dadaşovun aparıcılıq edəcəyi şou ATV kanalında yayımlanacaq.

Abbas
BAKU.WS