SİZİN REKLAM BURADA!
055 213 76 73



“Maşın” realiti şounun qalibi bu gecə canlı yayımda açıqlanacaq.

BAKU.WS
-in məlumatına görə, finala qalan videobloqer Hüseyn Əzizoğlu və müğənni Roza Zərgərli arasında mübahisə düşüb.

Yarış boyu ana-bala münasibətlərində olan iştirakçıların mübahisəsi efirdə yayımlanıb. Görüntülər hər kəsi şoka salıb və sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Belə ki, yuxusuzluqdan və yorgunluqdan əsəbləri gərgin olan Roza Hüseynin mahnı oxumasına qıcıqlanıb və ondan səsini kəsməsini istəyib. Hüseyn Rozanın bu istəyinə əməl etmədikdə aralarında dava düşüb. Roza Hüseynin üstünə stəkan və meyvə atıb.

Qeyd edək ki, mayın 29-dan yayımlanan "Maşın" realiti-şousu sabah konsert proqramı ilə başa çatacaq və qalibə maşının açarları təqdim olunacaq.

Zülfiyyə Qurbanova
BAKU.WS