VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ölkənin ən bahalı və ən reytinqli şousu - “Maşın” şounun 16-cı sürəti davam edir.

BAKU.WS-in məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou “Xanımlar və Cənablar-2” adı altında yayımlanır. 

Maşın uğrunda mübarizədə ikinci final gecəsi başlayıb. Amma Uransız, iki finalçı ilə. Uran səhhəti ilə bağlı bu gün səhərə yaxın əlini maşından çəkib. 

O son günlər sağlamlığına səhlənkar yanaşdığını və mədəsini soyuqlatdığını bildirib. Ona görə də mübarizəni dayandırmağa məcbur olduğunu bildirib.

Bləliklə finalda Hüseyn Əzizoğlu (video blogger) və Roza Zərgərli ilə davam edir.

Roza Zərgərli Maşın-ın 16-cı sürətində rekordu yeniləyəcəyini bildirib. O qeyd edib ki, Xatirə İslam 72 saat maşından əlini götürməyib. O, bu dəfə rekordu yeniləyəcəyinə vəd verib.

BAKU.WS