VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Maşın" şou-da ötən gün baş tutan canlı efirdə qızğın mübahisələr baş verib. 

BAKU.WS-in məlumatına görə, yarışmada aktrisa Pərvin Abıyeva ilə videobloger Hüseyn Əzizoğlu arasında söz davası olub. 

Hüseyn bildirib ki, oteldə iştirakçılar gecə yatmır və plan qururlar. Daha sonra Pərvin ona söz verildiyi halda şəklinin atılmamasına narazılıq edib.

Hüseyn isə Pərvinin verdiyi sözü tutmadığı üçün onun şəklini atmadıqlarını söyləyib: "Rozaya dedin ki, mən sizin komandadayam, amma səhəri gün gedib bizim ayağımızın altını qazdın".

Pərvin Hüseynə "Rozanın adına niyə danışırsan?" deyə sual ünvanlayıb. Hüseyn isə cavabında Rozanın vəkili olduğunu deyib:

"Əccəb edirəm. Roza mənə vəkillik verib. Bir adam onu tərifləmir, ona dəstək durmur. Mənə burda hamı dəstək durur. Sənin dəstəyin isə mənə lazım deyil. 18 gün içində adama atası heç maşın verməz".

Abbas
BAKU.WS