SİZİN REKLAM BURADA!
055 213 76 73


"Maşın" realiti şou artıq 12 gündür davam edir. Gərgin sürən şouda qalan iştirakçıların gücü tükənmək üzrədir. Tamaşaçıların güclü bildiyi ən səs-küylü iştirakçıların belə əsəbləri tarıma çəkilib.

Roza Zərgərli BAKU.WS
-ə açıqlamasında, maşın uğrunda mübarizənin final mərhələsinədək qalacağına ümid etmədiyini açıqlayıb:

"Aytənlə mənə güvənməyin. İnamıram ki, finala qalaq. Artıq bizim gücümüz tükənir. Finala qalacağımıza biz özümüz inanmıırım. Məxsən mənim səhhətimdəki problem buna imkan verməz".

Dünən günorta saatlarında Roza Zərgərlinin halı pisləşib. Həkimlərin müdaxiləsindən sonra vəziyyəti yaxşılaşıb. Jurnalistlərin iştirakçılarla görüşü zamanı isə Aytən Səfərovanın ayaq üstündə dayanacaq belə gücü qalmadığının şahidi olduq. 

Zülfiyyə Qurbanova
BAKU.WS