SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Ruhəngiz Musəvi "Maşın" realiti şouya qatılmaq çoxdankı arzusu olduğunu deyib.

BAKU.WS
xəbər verir ki, Roza Zərgərlinin "Maşın" realiti şoudan uzaqlaşdırdığı müğənni təəssüratlarını bölüşüb:

"Bu şou mənim üçün çox maraqlı olsa da fikirləşirdim ki, mənlik deyil, tab gətirə bilmərəm. Amma görün neçə gün qaldım. Buna inanmırdım ki, 11 gün qalaram. Gəldim, həm özümü sınadım, həm də tanımadığım sənət adamlarını yaxından tanıdım. Hamısı sevdim. Özümə qarşı ancaq hörmət və diqqət gördüm. Məni dəvət etdiyi üçün Murad müəllimə də böyük təşəkkürü bildirirəm. Dəvət alanda dedim ki, mənlik deyil. 11 günİnanmırdım bu qədər qala bilərəm. Məni tanıyırdılar, sevirdilər. Mənə elə gəlir ki, bu verilişdən sonra məni lap çox sevəcəklər".

Xatırladaq ki, dünən 63 faizdən çox səs toplayan Roza Zərgərli həmkarı Ruhəngiz Musəvinin xahişini nəzərə alaraq oyundan onu uzaqlaşdırdı.

Zülfiyyə Qurbanova
BAKU.WS