VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maşın" realiti şousunda efirdən sonra iştirakçılar arasında qalmaqal yaşanıb.
 
BAKU.WS xəbər verir ki, ötən gün çəkilişdən sonra baş verənlər bu gün axşam baş verəcəklərin sirrlərini açır. Qalmaqalın mərkəzində isə bu dəfə rejissor Aqil M Quliyev, aktrisa Pərvin Abıyeva və rəqqasə Oksana Rəsulova olub.
 
Qeyd edək ki, şouya Təranə Qumral, Oksana Rəsulova, Nadir Qafarzadə, Sərxan Kərəmoğlu, Aqil M. Quliyev, Kənan MM, Cavad Rəcəbov, Elcan Rəsulov, Tarix Əliyev (Tolik), Səidə Sultan, Elton Hüseynəliyev, Üzeyir Mehdizadə, Vüqar Vüqarlı, Pərvin Abıyeva, Azər İsmayılov, Fərda Xudaverdiyev, Səbuhi Xanlarov, İslam Mehrəliyev kimi tanınmış şəxslər qatılıb.
 
Ötən gün isə şounu Elton Məmmədov tərk edib. O səs vermədə lazımı qədər səs toplaya biləməyib. Belə ki, getsin deyənlərin sayı qalsın deyənlərdən çox olub.

Xatırladaq ki, realiti şour hər axşam saat 22:00-da ATV telekanalında yayımlanır. Bugünki çox maraqlı bölümü qaçırmayın. 

Aynur.Ə 
BAKU.WS