VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk müğənni İbrahim Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldızın bəzi fotoları tanışlıq saytında istifadə olunub.

BAKU.WS Türkiyə KİV-nə istinadla xəbər verir ki, bəzi qızlar Ayşegül Yıldızın fotolarından "Tinder" tətbiqetməsində istifadə edərək oğlanlarla tanış olurlar. 

Bu məsələ ilə bağlı açıqlama verən Ayşegül Yıldız problemi hüquqi yolla həll edəcəyini bildirib: 

"İnstagram-dan başqa bir platformada hesabım yoxdur. Şəkillərimdən və adımdan istifadə edənlərə qarşı qanuni tədbir görmək istəyirəm. Mənə bu barədə məlumat verən hər kəsə təşəkkür edirəm.

Xahiş edirəm, bu saxtakarlara spam göndərin. Bağlamışdım. Yetər! Hamısını tapacağam. Nə edirsən et, öz adın və şəklinlə et".

BAKU.WS
QALEREYA