SİZİN REKLAM BURADA!
055 213 76 73


Gizli “İnstagram” hesabları artıq gizliliyini itirməyə başlayıb.

BAKU.WS xəbər verir ki, qapalı “İnstagram” profillərinə baxmaq imkanı yaradan mobil tətbiq paylaşımlarınızı təhlükə altına atır.

“Postegro” adlı bu proqram vasitəsi ilə asan bir şəkildə gizli profilləri izləmək və paylaşımları görmək mümkündür. Status və postlarda paylaşdığınız görüntülər asanlıqla endirilə və başqa insanlarla paylaşıla bilər.

Bununla yanaşı “İnstagram” profilinizin oğurlanması, şəxsi məlumatlarınızın ələ keçirilməsi və mesajlarınızın izlənilməsi də mümkündür.

Bu səbəbdən insanlar kütləvi şəkildə paylaşımlarını və mesajlarını silməyə başlayıb.

Məlumatlarınızın gizliliyini qorumaq üçün iki-mərhələli təsdiqləməni aktivləşdirin. Bu funksiya aktiv edildikdən sonra “İnstagram” hesabınıza edilə biləcək kənar müdaxilələri maksimum azaltmış olacaqsınız.

BAKU.WS