VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, gündüz Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 18-22, gündüz 24-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə 70-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, səhər və gündüz arabir yağış yağacağı gözlənilir.


Şərq küləyi əsəcək. Temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.

Ziya Səccad
BAKU.WS