VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

5G texnologiyası son zamanların ən aktual mövzularındandır. Bəs alış-veriş və kommunikasiya cihazlarında inqilab yaradacağı gözlənilən 5G texnologiyası nədir?

BAKU.WS xəbər verir ki, 5G mobil cihazların istifadə etdiyi internet şəbəkəsinin infrastrukturunun yeni qaydalar əsasında formalaşdırılmasıdır.

Bu sahədə radio dalğaları, ötürücülər, antenaların istifadə qaydalarında edilən dəyişikliklər və internet sürətini artıracaq əlavələrdən söz açmaq olar.

1970-ci illərdən bəri müxtəlif şirkətlərin mühəndisləri mobil internet şəbəkələrinin formalaşdırılması üçün standartlar üzərində razılaşmalar aparır və infrastruktur baza nöqtəsində birgə əməkdaşlıq edirlər.

Kommunikasiya cihazları da bu bazaya uyğun olaraq istehsal olunur. Hər 10 ildən bir inkişaf edən texnologiyalardan daha məhsuldar istifadə edə bilmək və daha yaxşı xidmət göstərə bilmək üçün infrastruktur bazanın kodları və materialı dəyişdirilir.

5G bu infrastrukturun 5 dəfə dəyişdirilməsi anlamına gəlir. Təbii ki, bu infrastruktur baza hər dəyişdirildiyi zaman istifadəçilərin yeni cihaz alma məcburiyyəti yaranır. İlk vaxtlarda dəyişmə sürətli olmadığı üçün yeni sistemə keçid müddəti də uzun illərə başa gəlirdi. Hazırda bu proses daha sürətli hal alıb.

5G nə qədər sürətlidir?
5G texnologiyası hazırda istifadə etdiyimiz internet şəbəkəsindən dəfələrlə sürətlidir.

Qualcomm firması həyata keçirdiyi testlər zamanı saniyədə 4.5 gigabit sürət əldə etdiyini açıqlayıb. Bu, əldə olunan ən yüksək sürətdir.

Ortalama internet sürətinin 1.4 gigabit olduğu bildirilib. Baxmayaraq ki, bu sürət hazırda istifadə etdiyimiz 4G-dən 20 qat daha sürətlidir. Yüksək keyfiyyətli bir filmi yükləmək, ortalama sürət ilə sadəcə 15 saniyə çəkəcək.

İnternetin gecikmə sürəti 5G texnologiyası ilə əsaslı şəkildə dəyişəcək. Hazırda internet şəbəkələrində qəbul olunmuş norma 50-100 milli saniyə aralığındadır. 5G ilə gecikmə dəyəri 1 milli saniyəyə enəcək.

BAKU.WS