SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanı xarici ölkədə layiqli təmsil edən 15 yaşlı gənc Nihad Rüstəmli hərbi-vətənpərvərlik mövzusunda videoçarx hazırlayıb.

Videoçarxa Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə keçirdiyi hərbi təlimlər, həmçinin Bakıda keçirilən hərbi paraddan kadrlar daxil edilib.

Nihad Rüstəmli Azərbaycan və Türkiyə hökumətinə və bütün hərb işçilərinə göstərdikləri qəhrəmanlıqla bağlı təşəkkürünü həmin videoçarxı hazırlayaraq bildirib. Bu addım gəncin yüksək mənəvi keyfiyyətlərə malik olmasından xəbər verir.

Aldığımız məlumata görə, Cenevrə şəhərinin orta məktəbində oxuyan Nihad Rüstəmli böyük vətənpərvərlik hissi ilə böyüyür və vətənin maraqlarını inadla qoruyur.

Tarixən hər bir xalq öz gələcəyini gənclərlə bağlayıb. Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir!

BAKU.WS
VİDEO