SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Real-Madrid"in portuqaliyalı oyunçusu Kriştiano Ronaldo Türkiyədə reklama çəkilib. 
 
BAKU.WS məlumat verir ki, futbolçu Türkiyənin məşhur mobil operatorlarından biri olan Türk Telecomun yeni internet paketinin reklamı üçün kamera qarşısına keçib. Ronaldonun bu reklam üçün 2 milyon avro qonorar aldığı bildirilir. Ulduz futbolçu reklamda robot obrazını canlandırıb.
 
Qeyd edək ki, Ronaldo dünyada ən çox qazanan futbolçulardan biridir. Onun sərvətinin 210 milyon avro dəyərində olduğu bildirilir. 
 
BAKU.WS