SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanlı bariton opera müğənnisi, Azərbaycanın əməkdar artisti, Dövlət Akademik Böyük Teatrın solisti Elçin Əzizov Bakıya səfər edib. 

 
BAKU.WS-in məlumatına görə, Elçin Əzizov həyat yoldaşı Həmidə Məlikova və oğlu Cəmillə birlikdə Bakıya yollanıb. Hazırda Rusiyanın paytaxtı Moskvada yaşayan opera müğənnisi toy mərasimində iştirak etmək üçün vətənə qayıdıb. 
 
Bakının məşhur şadlıq saraylarından birində toy mərasiminə qatılan Əzizovlar ailəsi sosial şəbəkələrdə Bakı səfərindən görüntülər paylaşıb. Opera müğənnisi toyda musiqi də ifa edib.
 
Elçin Əzizov 1975-ci ildə Bakıda anadan olub. İlk dəfə 4 aprel 1992-ci ildə məktəblərarası ŞHK yarışında çıxış edib. Bununla o, "Parni iz Baku" komandası ilə tanış olur və onlara qoşulur. Həmin il "Bakılı oğlanlar" KVN çempionu oldu və 1993-cü ildə finala yüksəldi. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-nin rejissorluq fakültəsinə daxil olub. 2000-ci ildə Elçin Əzizov "Parni iz Baku" ilə Kuboku və "XX əsrin ən yaxşı komandası" ünvanını qazandı.Elçin məlahətli tenor səsi ilə hamının alqışını qazanır.

2005-ci ildə ona Filarmoniyadan oxumaq təklif gəlir və onun konsert proqramı ilə çıxış edir. Filarmoniyada Əzizov,Murad Adıgözəlzadə ilə təqdimat keçirib. Həmin ilin yayında, Elçin Əzizov Türkiyəyə dəvət olunub. 2005-ci ildə Avstriyada "Motsareum" Universitetinin yay Akademiyasında təhsil alıb. 2005-2007-ci ildə isə Azad Əliyevin rəhbərliyi altında Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildən Qalina Vişnevskayanın opera studiyasında çalışıb.İlk dəfə Jorj Bizenin Karmen operasında Eskamilyo rolunda çıxış edib. Müxtəlif opera tamaşalarında iştirak edib, filmlərə çəkilib. Rusiya istehsalı olan "Turistlər" serialında (Lean-M, Ren TV, 2005, Rusiya) Jan rolunu ifa edib. Bülbül adına 3-cü Beynəlxalq Müsabiqənin (2005) laureatı, Motsart 9-cu Beynəlxalq Müsabiqənin finalçısı (2006, Zaltsburq), Beynəlxalq Musiqi Xadimləri İttifaqının müfatakçısıdır (2006, Moskva).

2008-ci ildə Moskvada Böyük Teatrda Modest Musorqskinin "Boris Qodunov" operası ilə debüt edib.

Elçin Əzizov Azərbaycanın böyük ədibi və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Həmidə Məlikova ilə evlidir. Cəmil adında oğulları var.
 
BAKU.WS