SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünyaca məşhur tennisçi Mariya Şarapova Meksikaya istirahətə yollanıb. 

BAKU.WS Rusiya mətbuatına istinadən məlumat verir ki, dopinq qalmaqalından sonra ulduz tennisçi ruhdan düşmədiyini göstərib. Mariya rəfiqəsi, tanınmış aktrisa və aparıcı Çelsi Hendler ilə Meksikanın Los-Kabos şəhərinə gedib.
 
Qeyd edək ki, Martın 7-də məşhur tennisçinin qanında qadağan edilmiş preparat – meldonium aşkarlanıb. Mariya özü də mətbuat konfransı keçirərək dopinq qəbul etdiyini etiraf edib.  Bundan sonra Şarapova bütün turnirlərdən məhrum edilib və müqavilələrinə xitam verilib. BMT tenisçinin xoşməramlı səfiri statusunu da əlindən alıb. 
 
BAKU.WS